Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nərmin Fərhadova yaşadığı evdə dəm qazından boğulub. Onun meyiti ailə üzvləri tərəfindən hamamda tapılıb.
Dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkim briqadası və polis əməkdaşları gəlib. Müayinə zamanı 18 yaşlı qızın ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov