20 İyul 2022 16:17
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 fevral 2022-ci ildə Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət hökmü verilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15 fevral 2022-ci ildə apellyasiya protesti verilib.

Gəncə Apellyasiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə protest təmin edilib.

Sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və dərhal məhkəmə zalında həbs edilib.


Müəllif: Hacı Zeynalov