21 Oktyabr 2022 09:52
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qadını qətlə yetirməyə cəhddə ittiham olunan Sahil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Ittihama görə, bu il iyulun 3-də 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Sahil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amanszılıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər