Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1988-cü il təvəllüldü Emin Həsənov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 35 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin səbəbi məlum deyil.