19 Yanvar 2015 01:28
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinin mərkəzində avtomobil aptekə girib.

APA-nın məlumatına görə, hadisə Rustaveli və Hacımurad Xəlilov küçələrinin kəsişməsində baş verib.

Sürətlə hərəkət edən BMW markalı avtomobilin idarəetmədən çıxaraq aptekə girməsi nəticəsində aptekin işçisi olan qadın ayağından xəsarət alıb.

Hadisə yerinə Marneuli Rayon Polis İdarəsinin əməkdaşları və yol patrul xidməti, həmçinin təcili yardım və yanğınsöndürmə maşını gəlib.

Faktla ilə bağlı araşdırma aparılır.


Müəllif: