Şəki şəhərində intihar hadisəsi baş verib.
Şəki Şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, şəhərin Qulam Axundov küçəsində olan fərdi evlərdən birində yaşayan 1956-cı il təvəllüdlü, Vəlyəddin Xalıqov özünü asaraq ölüb.
Vəlyəddin Xalıqovun yaşadığı evdə asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub. Onun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov