29 Mart 2015 12:11
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bayram günləri ölkə ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, mart ayının 20-dən 29-a qədər ölkə ərazisində 92 yol qəzası baş verib. Nəticədə 22 nəfər ölüb, 135 nəfər xəsarət alıb. Baş verən qəzaların 36-nın paytaxt ərazisində qeydə alındığını bildirib. Nəticədə 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

Hacı Zeynalov


Müəllif: