6 Aprel 2015 13:47
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə baş verən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 2004-cü il oktyabr ayının 10-da Xəyalə Mövsümova yaşadığı Şəki şəhərindəki evdən çıxıb və geri qayıtmayıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Şəki polisi tərəfindən aparılmış araşdırmalar zamanı Xəyalə Mövsümovanın həmin gün Şəki şəhərində həmyerlisi, əvvəllər məhkum olunmuş Ramil Salmanov tərəfindən qısqanclıq zəminində boğma yolu ilə qətlə yetirilməsi, cəsədinin isə şəhər ərazisində basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ramil Salmanov tutulub.

Xəyalə Mövsümovanın cəsədinin qalıqları eksqumasiya edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər