Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Nizami Quliyev, Şərəf Rzayev və Zərifə İsmayılova dindiriliblər. Zərərçəkənlər ifadələrində Abdulla Abdullayevdən heç bir şikayət və tələblərinin olmadığını deyiblər.
Məhkəmə prosesi aprelin 21-də davam etdiriləcək.
Hacı Zeynalov