10 Fevral 2016 14:51
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dədə Qorqud qəsəbəsində qeydə alınıb.

Müəyyən edilməmiş avtomobillə qəsəbə sakinləri Əntiqə Məhərrəmova və Sədaqət Aslanova vurulublar. Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: