5 İyul 2016 21:15

Teatr mövsümünü qastrol səfərləri ilə yekunlaşdırmaq niyyətində olan Gənc Tamaşaçılar Teatrının istəyi baş tutmayıb.

Belə ki, teatr sonuncu tamaşanı iyulun 9-da Bakıda təqdim edəcək. Teatrdan Teleqraf.com-a verilən məlumata görə, həmin gün təqdim olunacaq “Qohumlar” tamaşası Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrının birgə işidir.

Hazırda Bakıda olan Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Borisovna Şurayeva və Krasnoyarsk vilayətinin Sosial siyasət naziri Qalina Mixaylovna Kovalyeva şəhərin gəzməli, görməli yerləri ilə daha yaxından tanış olandan tamaşaya baxacaqlar.

İki hissəli müziklda Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova və başqaları iştirak edəcək.

Nərmin


Müəllif:
Загрузка...