9 May 22:08
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən hər zaman bu günlərə necə gəldiyimi düşünürəm. 12 ildir ki, dayanmadan işləyirəm. Özümü təkmilləşdirmək həvəsindəyəm. Və özümlə fəxr edirəm".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri son illər Türkiyədə və dünyada populyar olan aktrisa Demet Özdemir jurnalistlərə açıqlamasında deyib.

Türkiyənin məşhur məkanlarının birində təşkil edilən dəfiləyə qatılan Özdemir qırmızı donu ilə göz qamaşdırıb. Biznes, sənət və moda dünyasından bir çox şəxslərin iştirak etdiyi tədbirdə Özdemir jurnalistlərin suallarına cavab verib.

Geyim seçimindən danışan Özdemir "Havalar istidir və mən də bu gün rəngli geyinməyi üstün tutdum. Bu geyimlə daxili enerjimi və şəxsiyyətimi əks etdirmək istədim" - deyə bildirib.


Müəllif: Pərvin Cəfərova