9 May 23:21
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyanın impiçment prosesi bir neçə gündən çox çəkməyəcək.

Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətən adına Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Respublika meydanında minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə deyib.

Qalstanyan vurğulayıb ki, Ermənistanın iki müxalifət parlament fraksiyası artıq prosedura başlamağa hazırdır.

Onun sözlərinə görə, mayın 10-da səhər respublikada dinc itaətsizlik aksiyaları, o cümlədən tələbə və fəhlə tətilləri başlayacaq.


Müəllif: Pərvin Cəfərova