10 May 01:03
3 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa, Finlandiya, Latviya, Litva və Estoniya Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının monitorinqini və müvafiq məlumat mübadiləsini gücləndirmək üçün saziş imzalayıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Gömrük İdarəsinin baş direktoru Sami Rakşit deyib.

Finlandiya Avropa İttifaqının xarici sərhəd dövlətləri ilə sıx əməkdaşlıq edir və bütün Aİ səviyyəsində vahid sanksiyalara nəzarəti dəstəkləyir.

“İmzalanan sazişlə biz sanksiyaların effektivliyinin artırılmasına töhfə vermək istəyirik”, - deyə Rakşit bildirib.


Müəllif: Pərvin Cəfərova