9 May 21:53
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Fələstin HƏMAS hərəkatının liderlərinin axtarışında İsrailə kömək edir.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib.

O vurğulayıb ki, Amerika tərəfi Qəzza zolağındakı hərəkatın rəhbəri Yəhya Sinouara da daxil olmaqla, Həmas liderlərinin məhv edilməsində Qüdsə daim kömək edir.


Müəllif: Pərvin Cəfərova