10 May 10:34
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb. Orada abadlıq işləri və stansiyanın quraşdırılması işi qalıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri urnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib: "Bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən bizə hədiyyə edilib. Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində olacaq. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacayıq. Əhali köçdükcə orada işlə təmin olunacaq".

O, qeyd edib ki, quyudibi stansiya Cəbrayılda tikilməlidir:

"Cəbrayılda sənədləşmə işləri aparılır. Sonra Füzulidə, Kəlbəcərdə, Xankəndində, Laçın, Qubadlı və bütün azad olunmuş torpaqlarımızda kompleks tədqiqat aparacağıq".


Müəllif: Rəqsanə Həsənova