9 May 15:50
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Əlcəzairin “Fennec Football” portalı məlumat yayıb.

İddiaya görə, 29 yaşlı futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır: onun ilk klubu, yetirməsi olduğu “Lion” və “Nitsa”.

Buna baxmayaraq, “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia klubunu dəyişməyi təxirə salmaq qərarına gəlib. O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Benzianın sözügedən görüşlər üçün milliyə çağırılacağı gözlənilir.

Qeyd edək ki, Y.Benzia 2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinir.


Müəllif: Teleqraf.com