10 May 08:47
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türkiyəli müğənni Sertab Erener İsveçin Malmö şəhərində keçirilən "Avroviziya 2024" müsabiqəsində qonaq qismində səhnəyə çıxıb.

Teleqraf.com xəbər verir ki, mayın 9-da baş tutan ikinci yarımfinalda qonaq qismində "Avroviziya" tarixində birinci yeri qazanan qadın sənətçilər çıxış ediblər.

Özəl gecədə Türkiyəyə "Avroviziya"da qalibiyyəti gətirən Sertab Erener 21 ildən sonra bu səhnədə “Everyway That I Can” mahnısını ifa edib.


Müəllif: Pərvin Cəfərova