9 May 18:28
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yönəlmiş sanksiyalar da daxil olmaqla “strateji sanksiyaları” müzakirə etmək üçün ABŞ-dən yüksək səviyyəli nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.

“Biz Rusiyaya müharibə aparmağa imkan verən xidmətlər və enerji, metallar kimi əsas mallar da daxil olmaqla, Rusiya gəlirlərinin mənbələrini məhdudlaşdırmaq üçün müttəfiqlərlə işləməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Bundan əlavə, tərəflər “Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyə təhdid edənlərə qarşı mübarizə” mövzusunda birgə öhdəliklərini təsdiqləyiblər.


Müəllif: Pərvin Cəfərova