9 May 16:16
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dmitri Peskov rus hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərdən çıxarılmasını təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi bildirib ki, məsələ dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə razılaşdırılıb.

"Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar” - Peskov bildirib.


Müəllif: Əsəd Məmmədəliyev