14 İyul 2016 17:38

Bu gündən Nizami Kino Mərkəzində Amerika istehsalı olan “Bərabərlər” bədii filmi və “Buz dövrü: toqquşma qaçılmazdır” 3D animasiya filminin nümayişi başlanılır.

Nizami Kino Mərkəzindən bildirilib ki, “Buz dövrü: toqquşma qaçılmazdır” animasiya filmini Maykl Berqin ssenarisi əsasında kinorejissor Mayk Termayer macəralı komediya janrında ekranlaşdırıb.

Filmdə rollarda tanınmış aktyorlar - Nik Offerman, Adam Divayn, Saymon Peqq, Cennifer Lopes, Melissa Rauş, Stefani Beatriz, Con Lequizamo, Maks Qrinfild, Şonn Uilyam və Denis Liri çəkiliblər.

“Bərabərlər” filmi dram, melodram və fantastika janrında çəkilib. Filmin rejissoru Dreyk Dorimus, ssenari müəllifi Neytan Parkerdir. Film, yeni dünyada yaşayan Saylesdən və gələcəyin “Kollektiv” adlanan həyat tərzindən bəhs edir.

Ekran əsərində baş rolları aktyorlar - Nikolas Holt, Kristen Styuart, Qay Pirs, Ceki Uiver, Tobi Hass, Devid Selbi, Keyt Lin Şeyl, Rebbeka Hezlvud,Teo Yu və Avrora Perinyo ifa edir.


Müəllif:
Загрузка...