Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Ədən körfəzindəki "MSC Darwin" gəmisinə hücum etdiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə husilərin hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib.
"Yəmən Silahlı Qüvvələrinin dəniz qüvvələri Ədən körfəzində İsrailə məxsus "MSC Darwin" gəmisinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib, əməliyyat məqsədlərinə uğurla çatıb", - deyə Y.Səiyanın "Telegram" kanalında bildirilib.
Husilər həmçinin “Qırmızı dəniz, Ərəb dənizi və Hind okeanında İsrail gəmiçiliyini pozmaq üçün hərbi əməliyyatlarını davam etdirəcəklərini” təsdiqləyiblər.