28 İyul 2016 19:19
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII “Molla Nəsrəddin-Azərbaycan-2016” Beynəlxalq Karikatura Müsabiqəsi keçirir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşacaq.

Teleqraf.com Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin rəsmi saytına istinadla xəbər verir ki, builki beynəlxalq müsabiqənin mövzusu “Multikulturalizm” adlanır. İnternet vasitəsilə keçirilən müsabiqəyə hər bir rəssam 2-5 karikatura göndərə bilər. Karikaturaları oktyabrın 15-dək 300 “dpi”, “jpg” formatında [email protected] ünvana göndərmək lazımdır. Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Meksika, Fransa, İsrail, Misir, Rusiya, İran, Yaponiya və ABŞ-dan karikaturaçı rəssamlar daxildir. I, II və III yerlər müvafiq olaraq qızıl, gümüş və bürünc medal, eləcə də diplomlarla mükafatlandırılacaq. Həmçinin münsiflər heyətinin və Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatları olacaq. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan kataloq hazırlanacaq.


Müəllif: