11 Avqust 2017 18:36
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostumuz Qurban anasının əməliyyat pulunu toplamaq üçün “Anaları yaşadaq” yardım aksiyası başladıb. Park Bulvarın 2-ci mərtəbəsində kitab və digər əşyaların satışı həyata keçirilir. Bir kitab almaqla, ona yardım edə bilərsiniz. Gedə bilməsəz, ən azı bu postu paylaşaraq dostluğunuzdakı insanlara xəbər verə bilərsiniz.

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə məşhurlar da paylaşmağa başlayıblar.

Gənc blogger və kitab satışı ilə məşğul olan Qurban Məmmədli anasını xərçəng xəstəliyindən qurtarmaq üçün belə bir yardım aksiyasına start verib.

Aksiya 3 gün davam edəcək. Bu gün, sabah və birigün səhər 10-dan axşam 10-a qədər insanlar kitab, suvenir və sair almaqla Qurbana və onun anasına dəstək ola bilərlər.

A post shared by zumrud (@zumrudqasimova) on


Müəllif: Könül