24 Oktyabr 2017 12:03
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-də yayımlanan "Maşın şou”nun finalı davam edir.

Teleqraf.com xəbər verir ki, yarışmada maşının ətrafında artıq 2 iştirakçı qalıb: Xatun Əliyeva və Talıb Taleh. Ötən gecə Vüsalə Əlizadə uzun müddət ayaq üstə qaldığına görə ayaqlarında ağrı hiss etdiyini deyib. Vüsalənin ötən gün səhərə yaxın əlini maşından çəkməsi barədə sujet göstərilib. Bununla da o, oyunu tərk edib. Hazırda Xatunla Talıb mübarizəni davam etdirir.

Dünənki şou müğənni Ədalət Şükürov və digər sənətçilərin ifaları ilə davam edib. Veriliş müddətində Xatun Əliyeva və Talıb Tale maşından əl çəkməyəcəklərini bildiriblər.


Müəllif: Şəfiqə