13 Mart 2015 12:15
2 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Müsabiqəsinin qalibi Güllü Muradova redaksiyamızın qonağı olub.

“Gündəlik Teleqraf”ın “Brifinq” layihəsi çərçivəsində redaksiya heyətinin suallarını cavablandıran gənc xanəndə sonda musiqi parçası ərmağan edib.

O, Muğam Müsabiqəsinə gəlişindən, hazırki fəaliyyətindən, gələcək planlarından və şəxsi həyatından danışıb. İntriqalardan uzaq durmağa çalışan Güllü Muradova məşhurluğun “qazandırdığı” paxıl insanlardan da bəhs etdi. Hazırda Milli Konservatoriyada təhsil alan Güllü xanım bank sektoru və politologiya üzrə çalışmaq istədiyini dilə gətirdi.

Güllü Muradova ilə müsahibənin tam mətni ilə “Gündəlik Teleqraf”ın şənbə buraxılışında tanış ola bilərsiniz.

Nərgiz


Müəllif: