22 Aprel 2014 12:12
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında telefon danışığı baş tutub. Teleqraf.com-un məlumatına görə, Serqey Lavrovla Con Kerri arasındakı telefon danışığı zamanı hər iki tərəf Cenevrə razılaşması çərçivəsində Ukraynada gərginliyin azaldılması üçün konkret addımlar atmağa çağırıblar.


“Ukraynada rusiyameylli qüvvələr tərəfindən zəbt edilən inzibati binalar azad edilməli və bütün məsələlər siyasi yolla həll olunmalıdır”, - deyə, Con Kerri dəfələrlə bəyan etdiyi fikri, bu dəfə də səsləndirib.


Lavrov isə öz növbəsində bildirib ki, Ukrayna Cenevrə razılaşmasına tam və tez bir zamanda əməl etməlidir.

S. Lavrov və C. Kerri Ukrayna ilə bağlı yaranmış vəziyyəti tənzimləmək məqsədilə birgə səyləri davam etdirmək niyyətində olduqlarını bildiriblər.


Xatırladaq ki, ötən həftə ABŞ, Rusiya, Avropa Birliyi və Ukrayna XİN rəhbərləri Cenevrədə Ukraynadakı böhranın həlli istiqamətində konkret addımlara dair bəyanat qəbul ediblər.

Ülviyyə


Müəllif: