1 May 01:39
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən Mədəniyyət Evində solist kimi fəaliyyət göstərib. 1969-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda o, həyat yoldaşından boşanıb.

Rəhimi "Qubanın ağ alması", "Gəlmə, gəlmə" kimi mahnılarıyla məşhur olub.


Müəllif: Teleqraf.com