1 İyul 2016 17:43

Ötən il noyabrın 24-də türk F-16-ları tərəfindən vurulan Rusiya qırıcısının həlak olan pilotu Oleq Peşkovun ailəsinə Türkiyədə ev təklif olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu təkliflə Kəmər bələdiyyə sədri Mustafa Gül çıxış edib. O. bununla bağlı Rusiyanın Antalyadakı Baş konsulluğuna məlumat verib.

Baş konsul Aleksandr Tolstopyatenko ilə görüşən Mustafa Gül gətirdiyi türk şirniyyatını rusiyalı diplomata verib: "Münasibətlərimizin şirin qalması üçün sizə Türk şirniyyatı gətirdim. 7 aylıq gərginlik hər iki ölkəyə ciddi təsir etdi. Biz otel sahibləri ilə birlikdə iki ölkə arasında turizmin inkişafı üçün jest etmək qərarına gəldik və bunun üçün ölən pilotun ailəsinə Kəmərdə ev vermək istəyirik. Təklifi qəbul etsələr, onları görmək bizi çox sevindirəcək".

Elvin


Müəllif:
Загрузка...