4 İyul 2016 12:03
501

İraqda baş verən terror aktı nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, terror aktı şənbədən bazar gününə keçən gecə baş verib. İraqın mərkəzində - restoran və ticarət obyektlərinin yerləşdiyi Əl-Karrada rayonunda minalanmış avtomobil partladılıb.

AFR agentliyinin xəbərinə görə, hadisə nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb. 200-dən artıq iraqlı yaralanıb.

"Əl Ərəbiyyə" telekanalı İraq baş naziri Heydər əl-Abadinin ölkədə üç günlük matəm elan etdiyini bildirib.

Qeyd edək ki, İraqın mərkəzində - restoran və ticarət obyektlərinin yerləşdiyi Əl-Karrada rayonunda minalanmış avtomobil partladılıb.

Nihad


Müəllif: