7 İyul 2016 00:14

2017-ci ilədək Əfqanıstanda 8400 ABŞ əsgəri saxlanacaq.

Teleqraf.com xəbər verir ki, bunu iyulun 6-da Ağ evdə jurnalistlərə ABŞ prezidenti Barack Obama deyib.

Obama Əfqanıstanda vəziyyətin qeyri-sabit olduğunu əsas gətirərək qüvvələrin sayıbıb azaldılmayacağını bildirib.

ABŞ ilin sonunadək bu ölkədəki qüvvələrinin sayını 5500 nəfərə endirməyi planlaşdırırdı.

Bu qüvvələr əsasən yerli qüvvələrə təlim keçməklə məşğuldur.


Müəllif: