8 İyul 2016 12:19

ABŞ-ın ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikasının 23 rəsmisinə qarşı sanksiyalar irəli sürməsi Şimali Koreyanı qəzəbləndirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Pxenyan rəsmi Vaşinqtondan sanksiyaların dərhal qaldırılmasını tələb edib. Bununla bağlı Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb:

"Əks halda Şimali Koreya ABŞ-la bütün diplomatik əlaqələri kəsəcəyini bildirib. KXDR rəhərliyi sanksiyalara hərbi yolla cavab verə biləcəyini də istisna etməyib".

Qeyd edək ki, ABŞ və KXDR arasında heç bir rəsmi diplomatik əlaqə mövcud deyil. Güman olunur ki, söhbət başqa diplomatik kanallarla əlaqədən gedir.

Samir


Müəllif:
Загрузка...