25 İyun 2014 19:45
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın İnsan Haqqları üzrə Ali Komissarlığının üzvü Mesrur Esvet “İraq Şam İslam Dövləti”nin (İŞİD) səbəb olduğu qarşıdurmalar nəticəsində dinc əhalinin böyük zərər gördüyünü, itkilərin miqyasının hər ötən gün daha da artdığını söyləyib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, qarşıdurmaların yaşandığı bölgələrdə yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Esvet bildirib ki, yaranmış böhranlı vəziyyət nəticəsində 1 milyon insan ölkə içində yerini dəyişdirib:
“Bunların çoxu qonşu ellərdə qurulan çadır düşərgələrinə sığınır. Xüsusilə, qadın və uşaqlar çətin vəziyyətdədir. Bu insanlara edilən yardımlar qeyri-kafidir. Beynəlxalq ictimaiyyətdən kömək gözləyirik".

Son məlumatlara görə, İraqda son 20 gündə yaşanan zorakılıq hadisələri səbəbiylə Mosul, Salahaddin, Diyala və Anbarda ölənlərin sayı 1078-ə yüksəlib. Baş verən olaylar zamanı 1200 nəfər isə yaralanıb.

Xatırladaq ki, bir müddət öncə Birləşmiş Millətlər Təşkilatı İraqda bəlli hadisələrin başladığı 5 iyun tarixindən etibarən, mindən çox insanın öldürüldüyünü açıqlamışdı.

Nail Cəlil


Müəllif: