30 İyun 2014 16:11

İsrailin Baş naziri Binyamin Netanyahu İraq Kürdüstanında müstəqil kürd dövlətini yaradılmasının tərəfdarı olduğunu bəyan edib.

“Kürdüstanın müstəqilləşməsi İŞİD-lə mübarizəyə yardım edəcək. Kürdlər döyüşçü xalqdır. Onlar müstəqilliyi haqq ediblər”, - deyə Netanyahu bildirib .

Teleqraf.com-un xəbərinə görə, İsrail Baş naziri həmçinin qeyd edib ki, islamçıları dayandırmaq və gələcəkdə yarana biləcək təhlükənin qarşısını almaq məqsədi ilə ölkəsi İordaniyanı dəstəkləyəcək.

Qeyd edək ki, bir müddət öncə gedən döyüşlərdə kürdlər Kərkük şəhərini ələ ala biliblər.

Ülviyyə


Müəllif:
Загрузка...