23 Aprel 2014 12:11

Krımın Rusiyaya qatılması və Ukraynada baş verən son hadisələrlə əlaqədar olaraq, ABŞ döyüş gəmilərini Qara dənizə göndərməyə başlayıb. Rumıniya sahillərinə yaxınlaşan ABŞ gəmilərini Rusiya , özünə qarşı təhdid olaraq görür.

ABŞ donanmasına aid daha bir döyüş gəmisi Çanaqqala boğazından keçərək, Qara dənizə doğru hərəkətə başlayıb. Egey dənizindən gələn və Mərmərə dənizinə irəliləyən 138 metr uzunluğunda FFG -50 bort nömrəli “USS Taylor” adlı hərbi gəminin boğazdan keçdiyi bildirilir.

Teleqraf.com xəbər verir ki, USS Taylor , cari ilin mart ayında da Qara dənizə keçib və 21 gün burada qalıb. Aprelin 10-da da ABŞ donanmasına aid 75 bort nömrəli “USS Donald Cook” adlı hərbi gəmi , İstanbul boğazından keçərək Qara dənizə çıxmışdı.

154 metr uzunluğunda olan gəmini Sahil Təhlükəsizlik Komandirliyi qrupları müşayiət edib. “USS Donald Cook” adlı gəminin də gedəcəyi haqqında isə məlumatın verilmədiyi bildirilir. İlin əvvəlindən başlayaraq, Qara dənizə girən digər Amerika döyüş gəmilərindən fərqli olaraq, “USS Donald Cook” mina gəmisi bölgədə birbaşa olaraq Ukraynada baş verənlərlə bağlı olduğu bildirilir. Vaşinqtonun açıqlamasında deyilir ki, "USS Donald Cook” hərbi gəmisinin Qara dənizə göndərilməsinin səbəbi , bölgədəki NATO üzvü olan müttəfiq ölkələrinin narahatlığına son qoymaqdır.

“Döyüş gəmisi Qara dəniz sularında olacağı müddət ərzində ittifaqımızın ortaq hədəf və məqsədlərinə çatması üçün lazım olan dəniz manevrlərini həyata keçirəcək", - deyə, ABŞ Dəniz Qüvvələri Komandirliyi bildirir.

Ülviyyə


Müəllif: