23 Aprel 2017 00:56
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin terror əleyhinə hərbi birləşmələri “Ərəbistan yarımadasında Əl-Qaida” terror şəbəkəsinin səhra komandirlərinin saxlanması ilə bağlı əməliyyat keçirib.

Teleqraf.com-un TASS-a istinadən məlumatına görə, bu barədə Yəmən hökumətinə kömək edən Ərəbistan koalisiyasının qərargahından bildirilib. Xüsusi təyinatlılar və aviasiyanın iştirakı ilə keçirilən əməliyyat nəticəsində terror şəbəkəsinin bir neçə başçısı tutulub. Onların əksəriyyəti digər ölkələrdən olan silahlılardır. Məlumata əsasən, yaraqlılar Yəmənin cənubunda terror aktları həyata keçirməyi planlaşdırıblar. Hərbçilər silah, texnika və partladıcı maddələr aşkar ediblər.


Müəllif: