29 Aprel 2017 19:05
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petr Poroşenko öz Facebook səhifəsində "Olxa" raket kompleksinin uğurlu sınağına dair video paylaşıb.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, Poroşenko "Luç" Kiyev konstruktor bürosunun üzvlərini uğurlu raket sınağı münasibətilə təbrik edib.

"Çox xoşdur ki, "Olxa"nın istehsalı üçün bütün materiallar Ukraynanın özünündür", - Poroşenko yazıb.

O qeyd edib ki, Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün işlər davam etdirilir.

Nihad


Müəllif: