27 İyun 2017 12:11
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, partlayış avtomobildə baş verib. Nəticədə avtomobilin sürücüsü ölüb.

Ukrayna Daxili İşlər Nazirliyipartlayışı terror hadisəsi kimi qiymətləndirib. Ölən şəxs 1978-ci il təvəllüdlü hərbçi zabitdir. Maksim Şapoval adlı həmin şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiridir. Hadisə avtomobildəki partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.


Müəllif: İlhamə Əbülfət