20 İyul 2014 11:49

Ukraynanın şərqində Malayziyanın Boeing 777 təyyarəsinin düşdüyü yerdə bazar gününün səhərinə olan məlumata görə, qəza qurbanlarının 196 nəfərin cəsədi tapılıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət xidməti məlumat verir.

Bundan öncə tapılmış 192 cəsəd barədə məlumat verilib.

"İyulun 20 saat 7:00-a olan vəziyyətə görə, 196 nəfərin cəsədi tapılıb", - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, axtarış işlərinin radiusu artıq 34 kvadrat kilometr təşkil edir. Təxminən 32 kvadrat kilometrlik ərazi artıq müayinə olunub./trend/


Müəllif: