20 İyul 2017 10:03
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyalı diplomatların açıqlamaları siyasi nəzakətsizlikdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb:

"Almanların terrorçuluq ittihamı ilə həbs olunan fəal ilə bağlı açıqlaması Türkiyənin daxili işlərinə müdaxilədir və qəbuledilməzdir".

Qeyd edək ki, dünən Türkiyənin Berlindəki səfiri Əli Kamal Aydın Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb alman vətəndaşı Peter Steudtnerin Türkiyənin Böyükada bölgəsində saxlanılması olub. Türk səfirə Berlin hökumətinin etiraz notası təqdim olunub.


Müəllif: Teleqraf.com