20 İyul 2017 23:03
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskva şəhərində, mənzildə Böyük Vətən Müharibəsindən qalmış 80-ə yaxın partlayıcı qurğu tapılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bütün təhlükəli qurğular bu yaxınlarda dünyasını dəyişmiş "qara yerqazana" məxsus olub.

Məlumata əsasən, bütün partlayıcı qurğular məhv edilməsi üçün istehkamçılar tərəfindən poliqona aparılıb.


Müəllif: Teleqraf.com