23 Sentyabr 2017 23:04
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın B-1B Lance strateji bombardmançı təyyarələri F-15 qırıcılarının müşayiəti ilə Şimali Koreya sahilləri boyunca uçub.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Pentaqonun nümayəndəsi Dana Uayt bildirib. O, bu uçuşların ABŞ-ın hərbi əzəmətini nümayiş etdirmək məqsədi daşıdığını bildirib.

"Biz bununla KXDR rəhbərliyinin düşüncəsiz davranışlarına ciddi yanaşdığımızı göstəririk. Bu missiya ABŞ-ın qərarlı olduğunu ortaya qoyur. ABŞ prezidenti istənilən təhlükəni məhv etmək üçün çoxlu hərbi variantlara malikdir", - Pentaqon nümayəndəsinin bəyanatında bildirilir.


Müəllif: Nahid