25 Sentyabr 2017 14:15
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbu-Dabi xəstəxanasında müalicə alan ən kök insan vəfat edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, misirli Eman Əhməd bu gün səhər saatlarında ölüb.

Xəstəxanadan verilən yazılı açıqlamada qeyd olunub ki, müalicə müddətində fiziki və emosional prosesləri yaxşılaşan Eman Əhmədin vəziyyətinə 20 həkim nəzarət edib.

Ancaq dünyanın ən kök insanının sağlıq durumu böyrək çatışmamazlığı və ürək problemləri səbəbindən pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.


Müəllif: Cavad