12 Oktyabr 14:13
401

Moskva Rusiyanın ABŞ-dakı diplomatik binasının üzərindən Rusiya bayrağının götürülməsinə sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Bəyanatda məsələ ilə bağlı ABŞ tərəfinə etiraz notası göndərildiyi bildirilib:

“Sentyabr ayından başlayaraq, ABŞ polisinin San Fransiskoda dəfələrlə basqın etdiyi Rusiya Baş konsulluğunun qarşısındakı Rusiya bayrağı götürülüb. Oğurladığınız bayrağı geri qaytarın! Bu, ABŞ ilə əlaqələrimizdə utancverici hadisədir”.


Müəllif: Samir