22 Oktyabr 2017 15:12
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın tələbəlik illərindəki sevgilisi Aleksandra Makneara yazdığı sevgi məktubları üzə çıxıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Obamanın 80-ci illərdə yazdığı məktublar 2014-cü ildən Emori Universitetinin arxivlərində saxlanılıb.

Obamanın sevgilisinə yazdığı məktublarda onu tez-tez düşündüyü qeyd edilib:

"İnanıram ki, sənin üçün darıxdığımı bilirsən. Sənə olan sevgim çox böyükdür. Qarışıq hislər yaşamağıma baxmayaraq, tez-tez səni düşünürəm”.

Qeyd edək ki, Barak Obamanın sevgilisi Aleksandra Makneara yazdığı sevgi məktubları Mişellə sevgi münasibəti başlamadan 5 il əvvəl olub.


Müəllif: İlhamə Əbülfət