23 Oktyabr 2017 16:51
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-dən Kiyevdə Ali Rada önündə keçirilən aksiyalar zamanı baş verən toqquşmalarda 6 nəfər xəsarət alıb, 3 nəfər saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kiyev polisinin mətbuat katibi Oksana Blışik məlumat verib.

Onun sözlərinə görə, olaylarla bağlı 3 cinayət işi başlanıb.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvini, anti-korrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununa dəyişiklik edilməsini tələb edirlər.


Müəllif: Samir