24 Noyabr 2017 12:44
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Norveçdəki təlimləri zamanı baş verən Türkiyə qalmaqalı ilə bağlı yeni xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, məlumatı “Habertürk” qəzetinin müxbiri Murad Bardakçı yayıb.

Onun sözlərinə görə, olayda adı çəkilən kompüter mütəxəssisi Macarıstan vətəndaşıdır: “O, nişangaha yerləşdirdiyi şəkilin kimə aid olduğunu bilmədiyini deyib və üzr istəyib. Macar mütəxəssis hələ də öz vəzifəsində qalır”.

Qeyd edək ki, NATO-nun 8-17 noyabr tarixlərində Norveçdə keçirdiyi təlimdə Atatürk düşmən liderlər arasında, Ərdoğan da “düşmənlə əməkdaşlıq edən lider” kimi göstərilmişdi.


Müəllif: Samir