12 Yanvar 18:58

Rusiya xüsusi təyinatlıları dekabrın 31-də Suriyadakı “Hmeymim” bazasını atəşə tutmuş diversantları zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, bildirilir ki, terrorçular İdlib vilayətinin qərbində ələ keçiblər. Onlar “Krasnopol” döyüş sursatı ilə zərərsizləşdiriliblər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən dekabrın 31-də Suriyadakı “Hmeymim” aviabazası mobil təxribat qrupunun hücumuna məruz qalıb. Hücum nəticəsində iki hərbçi ölüb.


Müəllif: Teleqraf.com
Загрузка...