19 Yanvar 2018 23:09
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici İşlər Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini əhatə edən əməliyyatlarını nəzərdə tutaraq bunun sabitliyə xidmət etmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, ABŞ XİN hərbi əməliyyatların bölgədə sabitliyə, Suriyada əmin-amanlığın bərqərar olmasına və Türkiyənin sərhəd təhlükəsizliyilə bağlı narahatlığının aradan qalxmasına səbəb olmayacağını bildirib.

Qeyd edək ki, ABŞ Suriyada 30 minlik PYD ordusunun yaradılacağını bəyan edib. Bu, Türkiyədə ciddi narahatlığa səbəb olub. Türkiyə ordusu bu gündən başlayaraq Afrində YPG mövqelərinə zərbələr endirib.


Müəllif: Ayxan