21 Yanvar 2018 09:30
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Federal Avtomobil İdarəsi 127 min V6 TDI dizel mühərrikli yeni "Audi" markalı avtomobilinin geri çağırılması barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, geri çağırılma karbon qazı emissiyası ilə bağlı qalmaqalla əlaqədardı.

Belə ki, A4, A5, A6, A7, A8, Q5 və Q7 modellərində təmizləmə sistemlərinin qanunsuz söndürülməsi aşkar edilib.

Daha öncə "Audi"nin də daxil olduğu Volkswagen avtokonserni ABŞ-da karbon qazının real emissiyasının göstəricisini azaldan proqram təminatının avtomobillərdə quraşdırılmasında ittiham edilib.


Müəllif: Teleqraf.com